Image

Azərbaycan Respublikası yol nişanları

Azərbaycan Respublikası yol nişanları — nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, həmçinin yol hərəkəti iştirakçılarını məlumatlandırmaq üçün qurulmuş qrafiki nişanlardır. Bu nişanlar Azərbaycan Respublikası Yol hərəkəti haqqında qanununa və "Yol hərəkəti və siqnallar" haqqında Vyana konvensiyasına əsasən nizamlanır.

Yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, məlumatlar.

Xəbərdarlıq nişanları hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir.

Xəbərdarlıq nişanlarının əsas fərqləndirici əlamətləri (1.3, 1.4 və 1.31 qrupları istisna olmaqla) onların ağ fonlu üçbucaqlı və qırmızı haşiyəli formasıdır. Onlar heç bir məhdudiyyət nəzərdə tutmurlar. Lakin belə nişanları görən sürücü diqqətini artırmalı və şəraitə uyğun təhlükəsizlik tədbirləri görməyə hazır olmalıdır.

Xəbərdarlıq nişanlarını hərəkətin icazə verilmiş sürətindən, görünmə şəraitindən və onların yerləşdirilməsi imkanından asılı olaraq yaşayış məntəqələrindən kənarda, təhlükəli sahələrin başlanğıcından 150-300 metr, yaşayış məntəqələrində isə 50-100 metr aralıda quraşdırırlar. Zərurət olduqda bu nişanlar başqa məsafədə də quraşdırıla bilər. Bu halda təhlükəli sahəyə qədər yolayrıcı varsa, bu yolayrıcından sonra təkrar nişan 7.1.1 lövhəciyi ilə quraşdırılır. Bundan başqa kəsişən (və ya birləşən) yolda yolayrıcından 50 metr məsafədə 7.1.3 və ya 7.1.4 lövhəciklərindən biri ilə birlikdə belə xəbərdarlıq nişanı quraşdırıla bilər.
 

Y.n kodu Təsvir Mənası
1.1 Şlaqbaumlu dəmir yol keçidi
1.2 Şlaqbaumsuz dəmir yol keçidi
1.3.1 Birxətli dəmir yolu
1.3.2 Çoxxətli dəmir yolu
1.4.1 Dəmir yol keçidinə yaxınlaşma
1.4.2
1.4.3
1.4.4
1.4.5
1.4.6
1.5 Tramvay xətti ilə kəsişmə
1.6 Eyni əhəmiyyətli yolların kəsişməsi
1.7 Dairəvi hərəkətlə kəsişmə
1.8 Svetoforla nizamlama
1.9 Ayrılan körpü
1.10 Sahilboyuna çıxış
1.11.1 Təhlükəli döngə
1.11.2 Təhlükəli döngə
1.12.1 Təhlükəli döngələr
1.12.2 Təhlükəli döngələr
1.13 Sərt eniş
1.14 Sərt yoxuş
1.15 Sürüşkən yol
1.16 Nahamar yol
1.17 Çınqıl sıçrayışı
1.18.1 Yolun daralması
1.18.2 Yolun daralması
1.18.3 Yolun daralması
1.19 İkitərəfli hərəkət
1.20 Piyada keçidi
1.21 Uşaqlar
1.22 Velosiped zolağı ilə kəsişmə
1.23 Yol işləri
1.24 Mal-qara keçidi
1.25 Vəhşi heyvanlar
1.26 Daş uçqunu
1.27 Yandan əsən külək
1.28 Alçaqdan uçan təyyarələr
1.29 Tunel
1.30 Digər təhlükələr
1.34.1

Döngənin istiqaməti
1.31.1

1.31.3

 

Üstünlük nişanları:

 

Üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. Üstünlük nişanları başqa qruplardan toplandığına görə vahid forma və rəng fonuna malik deyildirlər.

Y.n kodu Təsvir İzahı
2.1 Nizamlanmayan yolayrıclarını keçməkdə üstünlük verilən yol.
2.2  
2.3.1 Sağdan ikinci dərəcəli yolun bitişməsi.
2.4
2.5 Dayanmadan keçmək qadağandır. Stop-xətt qarşısında, bu nişan olmadıqda isə hərəkət hissələrinin kəsişmə xətti qarşısında dayanmadan hərəkət etməsi qadağandır.Sürücü kəsişən yola yaxınlaşarkən, 7.13  lövhəsini gördükdə isə baş yolla hərəkət edən nəqliyyat vasitəsinə yol verməlidir. Bu nişan dəmir yol keçidi və ya digər postlar qarşısında da quraşdırıla bilər. Bu hallarda sürücü nəqliyyat vasitəsini stop-xəttin qarşısında, bu xətt olmadıqda 2.5 nişanının qarşısında dayandırmalıdır.
2.6 Əgər qarşıdan gələn nəqliyyat vasitəsinin hərəkəti üçün maneə yaradılacaqsa, yolun daralmış sahəsinə girmək qadağandır. Sürücü qarşı tərəfdən yolun daralmış sahəsinə yaxınlaşmaqda olan və ya bu sahədə hərəkət edən nəqliyyat vasitəsinə yol verməlidir.
2.7 Sürücü yolun bu daralmış sahəsində hərəkət edərkən qarşıdan gələn nəqliyyat vasitəsi qarşısında üstünlüyə malikdir

 

Qadağan nişanları:

Y.n kodu Təsviri Mənası İzahı
3.1 Giriş qadağandır yalnız qoyulduğu istiqamətdə hərəkət qadağandir.Qarşı tərəfdən hərəkət var
3.2 Hərəkət qadağandır Bütün nəqliyyat vasitələrinin hərəkəti qadağandır.
3.3 Mexaniki nəqliyyat vasitələrinin hərəkəti qadağandır  
3.4 Yük avtomobillərinin hərəkəti qadağandır İcazə verilən maksimum kütləsi (əgər nişanda kütlə göstərilməmişdirsə) 3,5 t-dan və ya icazə verilən maksimum kütləsi nişanda göstərilən kütlədən artıq olan yük avtomobillərinin, nəqliyyat avtoqatarlarının, traktorların və özügedən maşınlann hərəkəti qadağandır. Bu nişanı sərnişin daşımalrı üçün təyin olunmuş yük avtomobillərinin hərakətini qadağan etmir.
3.5 Motosikletlərin hərəkəti qadağandır  
3.6 Traktorların hərəkəti qadağandır Traktorlann və özügedən maşınlann hərəkəti qadağandır.
3.7 Qoşqu ilə hərəkət qadağandır Yük avtomobillərinin və traktorların tipindən asılı olmayaraq qoşqu ilə və ya nasaz mexaniki nəqliyyat vasitələrini yedəyə almaqla hərəkəti qadağandır. Bu nişan qoşqu ilə hərəkət edən minik avtomobillərinin hərəkətini qadağan etmir.
3.8 At-araba ilə hərəkət qadağandır At-arabalarının (kirşələrinin), yük heyvanlarının hərəkəti və həmçinin mal-qaranın ötürülməsi qadağandır.
3.9 Velosipedlə hərəkət qadağandır Velosipedlərdə və mopedlərdə hərəkət qadağandır.
3.10 Piyadaların hərəkəti qadağandır  
3.11 Kütlənin məhdudlaşdırılması Ümumi faktiki kütləsi nişanda göstərilən kütlədən artıq olan nəqliyyat vasitələrinin və həmçinin nəqliyyat vasitələrinin avtoqatarlarının hərəkəti qadağandır.
3.12 Oxa düşən ağırlığın məhdudlaşdırılması Hər hansı bir oxuna düşən faktiki ağıriıq nişanda göstərilən həddən artıq olan nəqliyyat vasitələrinin hərakəti qadağandır.
3.13 Hündürlüyün məhdudlaşdırılması Qabarit hündürlüyü (yük ilə və ya yüksüz) nişanda göstərilən həddən artıq olan nəqliyyat vasitələrinin hərəkəti qadağandır.
3.14 Enin məhdudlaşdırılması Qabarit eni (yük ilə və ya yüksüz) nişanda göstərilən həddən artıq olan nəqliyyat vasitələrinin hərakəti qadağandır.
3.15 Uzunluğun məhdudlaşdırılması Qabarit uzunluğu (yük iləvə ya yüksüz) nişanda göstərilən həddən artıq olan nəqliyyat vasitələrinin (avtoqatariann) hərəkəti qadağandır.
3.16 Minimum ara məsafənin məhdudlaşdırılması Nəqliyyat vasitələrinin arasındakı məsafə (distansiya) nişanda göstərilən həddən az olarsa, onların hərəkəti qadağandır.
3.17.1 Gömrükxana Gömrükxananın (nəzarət məntəqəsinin) qarşısında dayanmadan hərəkət etmək qadağandır.
3.17.2 Təhlükə Yol-nəqliyyat hadisəsi, qəza va ya digər təhlükələrlə əlaqədar olaraq istisna olmamaq şərti ilə bütün nəqliyyat vasitələrinin hərəkəti qadağandır.
3.18.1 Sağa dönmək qadağandır
3.18.2 Sola dönmək qadağandır Geriyə dönməyə icazə verilir.
3.19 Geriyə dönmək qadağandır Sola dönməyə icazə verilir.
3.20 Ötmək qadağandır Bütün nəqliyyat vasitələrinə ötmək qadağandır.
3.21 Ötməyin qadağan edildiyi zonanın qurtaracağı  
3.22 Yük avtomobillərinin ötməsi qadağandır İcazə verilən maksimum kütləsi 3,5 t-dan artıq olan yük

avtomobillərinə bütün nəqliyyat vasitələrini ötmək qadağandır.

3.23 Yük avtomobillərinin ötməsi qadağan edilmiş zonanın qurtaracağı  
3.24 Maksimum sürətin məhdudlaşdırılması Nişanda göstərilmiş həddən (km/saat) artıq sürətlə hərəkət etmək qadağandır.
3.25 Maksimum sürətin məhdudlaşdırıldığı zonanın qurtaracağı  
3.26 Səs siqnalı vermək qadağandır Yol-nəqliyyat hadisəsinin qarşısını almaq halları istisna olmaqla qalan bütün hallarda səs siqnalının verilməsi qadağandır.
3.27 Dayanmaq qadağandır Nəqliyyat vasitələrinin dayanması və durması qadağandır.
3.28 Durmaq qadağandır Nəqliyyat vasitələrinin durması qadağandır. Bu nişan dayanmanı qadağan etmir.
3.29 Ayın tək günlərində durmaq qadağandır  və  nişanlarından biri yolun hərəkət hissəsinin solunda, digəri isə sağında eyni vaxtda və eyni səviyyədə tətbiq edilərsə, bu nişanların təsiri sahələrində saat 19:00-dan 21:00-a kimi (yerdəyişmə zamanı) durmağa icazə verilir.
3.30 Ayın cüt günlərində durmaq qadağandır
3.31 Bütün məhdudiyyətlər zonasının qurtaracağı Eyni vaxtda bir neçə nişanın qüvvədə olduğu sahənin

bitməsini bildirir: .

3.32 Ehtiyat üçün ayrılmış duracaq yeri  
3.33 Nəqliyyat vasitələrinin kateqoriyalarına uyğun sürətin məhdudlaşdırılması  
3.34 Təhlükəli yükü olan nəqliyyat vasitələrinin hərəkəti qadağandır  
3.35 Partlayıcı və tezalışan yükü olan nəqliyyat vasitələrinin hərəkəti qadağandır

 

Məcburi hərəkət istiqaməti

  Təsvir Mənası
4.1.1 Düzünə hərəkət
4.1.2 Sağa hərəkət
4.1.3 Sola hərəkət
4.1.4 Düzünə və ya sağa hərəkət
4.1.5 Düzünə və ya sola hərəkət
4.1.6 Sağa və ya sola hərəkət
4.2.1 Maneəni sağdan keçmə
4.2.2 Maneəni soldan keçmə
4.2.3 Maneəni sağdan və ya soldan keçmə
4.3 Dairəvi hərəkət
4.4 Minik avtomobillərinin hərəkəti
4.5 Velosiped zolağı
4.6 Piyada zolağı
4.7 Minimum sürətin məhdudlaşdırılması
4.8 Minimum sürətin məhdudlaşdırıldığı zonanın qurtaracağı
4.9.1 Təhlükəli yükü olan nəqliyyat vasitələrinin hərəkət istiqaməti
4.9.2 Təhlükəli yükü olan nəqliyyat vasitələrinin hərəkət istiqaməti
4.9.3 Təhlükəli yükü olan nəqliyyat vasitələrinin hərəkət istiqaməti

Servis nişanları:

Servis nişanları yollarda müvafiq obyektlərin yerləşməsi barədə məlumat verir. Servis nişanlarının düzbucaq forması, enli mavi haşiyəsi vardır. Müvafiq rəmzlər ağ fon üzərində təsvir olunur. Servis nişanları yaşayış məntəqələrində bilavasitə obyektlərin yanında və ya onlara dönəcək yerlərdə quraşdırılır. Yaşayış məntəqələrindən kənar yollarda nişanlar əvvəlcədən göstərilən obyektdən 60—80 kilometr, 15–20 km400—800 metr aralıda quraşdırılır. Yaşayış məntəqələrinin yollarında onları əvvəlcədən, göstəriləcək obyektlərdən 100—150 metr aralı məsafədə və onlara yaxın dönəcək yerlərdə quraşdırırlar.

Y.n kodu Təsvir Mənası
6.1 İlk tibbi yardım məntəqəsi
6.2 Xəstəxana
6.3 Yanacaqdoldurma məntəqəsi
6.4 Avtomobillərə texniki xidmət
6.5 Avtomobillərin yuyulma məntəqəsi
6.6 Telefon
6.7 Yeməkxana
6.8 İçməli su
6.9 Mehmanxana və ya motel
6.10 Kempinq
6.11 Dincəlmə yeri
6.12 Yol polisinin daimi məntəqəsi
6.13 Polis hissəsi
6.14 İnformasiya stendi
6.15 Tualet
6.16 Çimərlik

Sualınız var? Bizə Yazın

Operator

Operator

online

Operator

Bakı filialı

online

Operator

Sumqayıt filialı

online

Operator

Naxçıvan filialı

online

Operator

Gəncə filialı

online

Operator

Lənkəran filialı

online

Operator

Salam Sizə Necə Kömək Edə Bilərəm? 00.00

Bakı filialı

Salam Sizə Necə Kömək Edə Bilərəm? 00.00

Sumqayıt filialı

Salam Sizə Necə Kömək Edə Bilərəm? 00.00

Naxçıvan filialı

Salam Sizə Necə Kömək Edə Bilərəm? 00.00

Gəncə filialı

Salam Sizə Necə Kömək Edə Bilərəm? 00.00

Lənkəran filialı

Salam Sizə Necə Kömək Edə Bilərəm? 00.00